Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Tarix: 09 Sep 2026 13:08

Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, beynəlxalq tərəfdaşlarla danışıqlar gedir: "Azərbaycan tərəfi bu danışıqların nəticəsini gözləmədən öz işlərini davam etdirir. Biz çox sürətlə irəliləyirik. Bu, bir daha bizim belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir”.

Firuzə Vahid Ceyhun Bayramov Naxçıvan dəmir yolu

Mənbə: apa.az

Xəbər Lenti