Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 09:29
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, İlham Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı vurub.
Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə Bərdə piyada qəzaMənbə: apa.az