Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 11.06.2024 23:19
Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatı yayılıb.
APA xarici mətbuata istinadən xəbər verir ki, iclasda toxunulan əsas məqamlar aşağıdakı kimidir:
▪️İkitərəfli münasibətlərin möhkəmləndirilməsi; Tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirmək və onun statusunu Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltməyə sadiq olduqlarını bildiriblər.
▪️İqtisadi və enerji sahəsində əməkdaşlıq; Ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, sanksiyalar və ixrac nəzarəti üzrə əməkdaşlıq və Ermənistanın enerji müstəqilliyinin dəstəklənməsi daxil olmaqla, qarşılıqlı rifaha təşviq etmək üçün birgə fəaliyyət planı razılaşdırılıb.
▪️Təhlükəsizlik sahəsində əməkdaşlıq; ABŞ Ermənistanın müdafiə sektorunda və hüquq-mühafizə sistemində islahatları dəstəkləməyə davam edəcək, o cümlədən məsləhətlər, hərbi təhsil proqramları və Kanzas Milli Qvardiyası ilə əməkdaşlıq.
▪️Ermənistan və ABŞ arasında əlaqələri dərinləşdirmək,
▪️Regionda sülh və rifaha təşviq etmək