Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 12:45
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib.
Bunu Emi Karlon diplomatik korpusun Qarabağa səfəri zamanı APA-ya açıqlamasında deyib.
“Sentyabr ayında ABŞ şirkətləri Azərbaycan Müdafiə Sərgisində iştirak edəcək və digər nümayəndə heyətləri də Azərbaycana səfər edəcək. Buna görə də strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq”, - müvəqqəti işlər vəkili qeyd edib.
O, Azərbaycana qarşı 907-ci düzəlişlə bağlı məsələyə toxunaraq bildirib ki, tətbiq olunan məhdudiyyətlərin qüvvədən düşməsi növbəti il üçün təmin olunub. Diplomat ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bu istiqamətdə birgə işləməyə sadiq olduğunu vurğulayıb.
Toğrul QuluzadəMənbə: apa.az