Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 12:40
“İyun ayında Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə iqtisadi dialoq keçirdik. ABŞ və Azərbaycan şirkətləri ümumi dəyəri 8 milyard dollardan çox olan sazişlər imzaladı. İndi isə səfirliyin vəzifəsi bu layihələrin payız aylarında həyata keçirilməsini təmin etməkdir”.
Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon diplomatik korpusun Qarabağa səfəri zamanı APA-ya açıqlamasında deyib.
O, Xankəndiyə ikinci dəfə səfər etdiyini xatırladıb: “Səfərimdən ötən müddət ərzində yeni inkişafların şahidi oldum. İnfrastruktur sahəsində həyata keçirilən işlər, Xankəndi Dəmir yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olduq”.
Diplomat daha sonra Şuşaya səfər edəcəklərini və orada həyata keçirilən bütün layihələrini görmək imkanının olacağını diqqətə çatdırıb.
Toğrul QuluzadəMənbə: apa.az