Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 14:23
“Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir. Daha çox məlumat əldə etmək və daha çox yer görmək üçün həqiqətən səbirsizlənirəm”.
Bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində APA-ya açıqlamasında deyib.
“Bu, mənim üçün çox faydalı və öyrədici bir səfərdir. İkitərəfli münasibətlərə gəldikdə isə, bu, müsbət məcrada davam edən bir prosesdir. Yüksək vəzifəli şəxslərlə çoxsaylı təmaslarımız var. Düşünürəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün ortaq iradəmiz mövcuddur. Biz də məhz bunun üzərində çalışırıq”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Bakı Caz Festivalında Fransadan olan sənətçi də iştirak edəcək: “Fransız sənətçilərini və fransız mədəniyyətini Azərbaycanda yaşayan insanlara təqdim etmək bizim üçün də çox vacibdir. Yaxın zamanda Bakıda fransız sənətçini qəbul etmək imkanının yaranmasından çox məmnunam”.
Toğrul Quluzadə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut
Mənbə: apa.az