Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 12.06.2024 15:18
Gürcüstan Türkiyədən NATO standartlarına uyğun VURAN zirehli transpartyorları alıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Vaziani hərbi bazasında zirehli texnikaların təhvil mərasimi keçirilib.
Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.