Cümə axşamı, 30 İyul, 2026
Tarix: 12 Jun 2024 19:14
ABŞ-nin yeni sanksiya siyahısında Moldova Respublikasının Qaqauziya Yerinin rəhbəri Yevgeniya Qutsulun da adı var.
APA-nın “Vedomosti”yə istinadən xəbərinə görə, Qutsul Rusiyameyilli bəyanatlarına və adıçəkilən ölkəyə siyasi dəstəyinə görə məhdudiyyətlərlə üzləşib.
Yevgeniya Qutsul Moldova-Rusiya arasındakı münasibətlərin gərginləşməsində zaman-zaman rəsmi Kişinyovu ittiham edib.
Mənbə: apa.az