Ərdoğan İspaniya kralı VI Felipe ilə görüşüb - FOTO

Tarix: 13.06.2024 04:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyaya səfəri çərçivəsində ölkə kralı VI Felipe ilə görüşüb.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Madriddə keçirilən görüşdə Türkiyə ilə İspaniya arasındakı əlaqələr, Qəzzadakı vəziyyət, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Xəbər Lenti