Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 16:18
Zərdabda altı gün əvvəl yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, ağır xəsarət alan Reyhan Məhəmmədova bu gün müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, yol qəzası sentyabrın 8-də saat 23 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində baş verib.
Zahid AbışovMənbə: apa.az