Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 18:43
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib.
2023-cü il təvəllüdlü A.A ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
İlkin RzayevMənbə: apa.az