Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 05:58
ABŞ-ın Massaçusets ştatının Federal Dairə Məhkəməsi xarici jurnalistlər, tələbələr və mübadilə proqramları ilə ölkəyə gələn şəxslər üçün viza qaydalarında nəzərdə tutulan dəyişikliklərin qüvvəyə minməsini dayandırıb.
APA xəbər verir ki, məhkəmə qərarına əsasən, yeni qaydaların qüvvəyə minməsi məhkəmə araşdırması başa çatana qədər təxirə salınıb.
İddiaçı ABŞ-da ali təhsil və immiqrasiya məsələləri üzrə fəaliyyət göstərən, təxminən 600 kollec və universiteti birləşdirən “The Presidents Alliance on Higher Education and Immigration” qeyri-kommersiya təşkilatıdır. Cavabdeh isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyidir.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları üçün viza qaydalarına dəyişiklikləri açıqlamışdı.
Dəyişikliklərə əsasən, onların ABŞ-da qalma müddətinin 240 günlə məhdudlaşdırılması, Çin vətəndaşları üçün isə bu müddətin 90 gün olması təklif edilirdi.
ABŞ viza
Mənbə: apa.az