Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 08:10
Dünya fond bazarlarında əsas indekslərin əksəriyyəti mənfi dinamika nümayiş etdirib.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarında “Dow Jones” indeksi 152,09 bənd və ya 0,29% azalaraq 52 421,20 bəndə, “S&P 500” indeksi 37 bənd və ya 0,48% geriləyərək 7 619,98 bəndə, “Nasdaq Composite” isə 146,63 bənd və ya 0,56% azalaraq 26 186,41 bəndə düşüb. “NYSE Composite” indeksi 0,52% azalaraq 24 205,39 bənd təşkil edib.
Avropa bazarlarında da eniş müşahidə olunub. “Euro Stoxx” 50 indeksi 1,02% azalaraq 6 260,38 bəndə, Almaniyanın “DAX” indeksi 0,50% geriləyərək 25 440,81 bəndə, Fransanın “CAC” 40 indeksi 0,76% azalaraq 8 117,78 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 1,38% geriləyərək 19 565,50 bəndə düşüb. Böyük Britaniyanın FTSE 100 indeksi isə əksinə, 0,44% artaraq 10 697,57 bəndə yüksəlib.
Asiya-Sakit okean regionunda da qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 0,48% artaraq 63 795,13 bəndə yüksəlsə də, “TOPIX” 0,43% azalaraq 4 040,59 bəndə enib. Honq-Konqun Hang Seng indeksi 0,27%, Çinin “CSI” 300 indeksi 0,01%, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 0,79% geriləyib.
Bazar iştirakçıları əsas diqqəti neft qiymətlərinin yüksək qalmasına, Yaxın Şərqdə gərginliyə və mərkəzi bankların gələcək faiz qərarlarına yönəldib. Enerji qiymətlərində artım inflyasiya risklərini artıraraq səhmlər üzərində təzyiq yaradır.
Rahim Tarıverdiyev indeksMənbə: apa.az