FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO

FHN Ağdamda yanğın-taktiki təlim keçirib - VİDEO

Tarix: 15 Sep 2026 11:57

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsində yanğın-taktiki təlim keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd pambıq istehsalı və tədarükü məntəqəsində mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı pambıq istehsalı və tədarük məntəqəsində baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, Tərtər, Bərdə, və Ağcabədi rayon Yanğından Mühafizə hissələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 44 nəfərdən ibarət şəxsi heyət və 5 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Emin Şirvanzadə FHN təlim “Azərpambıq ASK” MMC
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO
FHN Ağdamda yanğın-taktiki təlim keçirib  - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti