Bazar, 25 Oktyabr, 2026
Tarix: 15 Sep 2026 15:16
Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 5 226 065,04 min ABŞ dolları dəyərində 8 470 707,19 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 712 772,98 min dollar dəyərində 1 060 041,1 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyəri və həcminə görə) üçüncü yeri Rumıniya tutur. Yanvar-avqust aylarında bu ölkəyə 581 706,77 min dollar 924 913,09 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 9 281 893,55 min dollarlıq 14 677 951,6 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:
№
Ölkələr
Statistik dəyər (min ABŞ dolları)
Miqdar (ton)
-
Cəmi
9 281 893.55
14 677 951.60
1
İtaliya
5 226 065.04
8 470 707.19
2
Çexiya
712 772.98
1 060 041.10
3
Rumıniya
581 706.77
924 913.09
4
Hindistan
399 206.99
524 337.96
5
Tunis
266 294.27
429 376.15
6
Almaniya
262 272.61
449 549.89
7
Bolqarıstan
253 113.50
358 842.99
8
Portuqaliya
221 958.01
395 031.62
9
İsveçrə
193 596.32
272 501.37
10
Yunanıstan
182 764.51
284 374.74
11
Digərləri
982 142.55
1 508 275.51
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya Çexiya RumınıyaMənbə: apa.az