Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 00:48
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində BƏƏ-nin dövlət naziri Səid bin Mübarək Əl Haceri ilə görüşüb. APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
Görüşdə Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən ikitərəfli münasibətlər nəzərdən keçirilib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: apa.az