Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 16:37
Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq birləşdirir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hər iki ölkəni çoxillik dostluq, qarşılıqlı hörmət və ortaq regional maraqlar birləşdirir.
“Gürcüstan üçün regional sülhün, sabitliyin və iqtisadi inkişafın təşviq edilməsi məqsədilə ölkələrimizin malik olduğu imkanlardan tam şəkildə istifadə olunması xüsusi əhəmiyyət kəsb edir”, - dövlət başçısı qeyd edib.
Mixeil Kavelaşvili yeni təyin olunmuş səfir Giorgi Zakaraşvilinin fəaliyyətinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Cəmilə Babayeva Gürcüstan Prezidenti Mixeil KavelaşviliMənbə: apa.az