Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 14:35
Gözlənilməz hadisələr bəzən bir neçə saniyə ərzində ciddi zərərə səbəb olur. Avqust ayında “PAŞA Sığorta” şirkəti həm könüllü, həm də icbari əmlak sığortası ilə əlaqədar müştərilərinə 959.525 ₼ məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bu ödəniş məbləği yüzlərlə sığorta hadisəsini əhatə etmişdir.
Hadisələrdən birində avtomobil avtoyuma məntəqəsindən çıxarkən giriş darvazasına çırpılıb və əmlaka zərər vurub. Dəymiş zərər üzrə 15.096 ₼ ödəniş həyata keçirilib. Bu nümunə göstərir ki, qəza yalnız yolda deyil, qapalı məkanda da baş verə bilər.
Balakən rayonunun Qaysa kəndində isə elektrik naqillərində qısaqapanma nəticəsində başlayan yanğın evin birinci mərtəbəsinə, ikinci mərtəbəsinə və dam örtüyünə ciddi ziyan vurub. Hadisə üzrə 14.839 ₼ məbləğində zərər qarşılanıb.
Masallı rayonunun Köhnə Alvadı kəndində də elektrik sistemindəki qısaqapanma yanğına səbəb olub. Evin birinci mərtəbəsi və əmlak ciddi zərər görüb və müştərinin 10.200 ₼ məbləğində zərəri ödənilib. Ödənişdən sonra müştərinin sosial şəbəkədə müsbət fikirlərini paylaşması da diqqət çəkib.
Bu hadisələr bir daha göstərir: riskin nə vaxt və harada baş verəcəyini bilmək mümkün deyil. Əmlaka və avtomobilə əvvəlcədən sığorta təminatı yaratmaq isə gözlənilməz xərclər qarşısında daha hazırlıqlı olmağa kömək edir.
APA-Economics PAŞA Sığorta ödənişMənbə: apa.az