Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 13:57
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana yeni təyin olunmuş səfir Giorgi Zakaraşvili ilə görüş keçirib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İrakli Kobaxidze diplomatı təyinatı münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Görüşdə Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində səfirin rolunun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Giorgi Zakaraşvili oktyabrın 1-dən Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinin icrasına başlayacaq.
Cəmilə Babayeva #Gürcüstan #Kobaxidze #AzərbaycanMənbə: apa.az