Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 17:43
Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğu 50 ildən çox fəaliyyətdən sonra bağlanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Almaniya gerbi və Almaniya və Avropa İttifaqının bayraqları binadan götürülüb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Bondakı Rusiya Baş Konsulluğu və Berlindəki Rusiya Mədəniyyət Mərkəzini bağlamasına qarşı cavab tədbiri olaraq Almaniyanın Peterburqdakı Baş Konsulluğunun bağlanması haqqınsa qərar verib. Qərara əsasən, konsullar Rusiyanı 18 sentyabr tarixinə qədər tərk etməlidirlər.
Fərid ƏkbərovMənbə: apa.az