Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub

Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub

Tarix: 18 Sep 2026 09:17

Ötən gecə ərzində Moskva səmasında 64 Ukrayna dronu vurulub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, dünən axşamdan bəri 350-dən çox Ukrayna dronu Moskva regionuna doğru uçub.

Mer bildirib ki, dronların əksəriyyəti Moskva regionundan uzaq məsafədə vurulub.

Rusiya Müdafiə Nazirliyi ötən sutka ərzində ümumilikdə Rusiya Federasiyasının regionları üzərində 629 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Fərid Əkbərov Moskva dron

Mənbə: apa.az

Xəbər Lenti