Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür

Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür

Tarix: 18 Sep 2026 22:28

İran iki ölkə arasında davam edən münaqişə fonunda ABŞ-la razılaşma əldə etməyə çalışır.

APA xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına müsahibəsi zamanı bildirib.

“Hazırda onlar razılaşma əldə etmək istəyirlər. Əgər bu razılaşma yanlış olacaqsa, o zaman mən bunu heç nəzərdən keçirməyəcəyəm. Lakin hazırda onlar razılaşma əldə etmək istəyirlər. Çünki hər cəhətdən uduzurlar. Maliyyə baxımından uduzurlar. Hərbi baxımdan uduzurlar. Onlar tamamilə hər cəhətdən uduzurlar. Ona görə də görək nə baş verəcək”, - ABŞ Prezidenti bildirib.

Tramp ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti