Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO

Tarix: 19 Sep 2026 12:03

Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsində Əhməd bəy Ağaoğlunun barelyefinin və onun adına yaradılan auditoriyanın açılışı keçirilib.

APA xəbər verir ki, bu barədə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində təşkil olunan tədbirdə Ankara Universitetinin rektor müavini, professor Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan səfirliyinin, TÜRKSOY-un nümayəndələri, alimlər, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Şuşada anadan olan Əhməd bəy Ağaoğlunun Azərbaycanın milli oyanışına, türk dünyasının fikir və mədəniyyət həyatına, eləcə də təhsil, hüquq, mətbuat və müasirləşmə sahələrinə verdiyi töhfələri diqqətə çatdırıblar.

Qeyd olunub ki, 1925-ci ildə Ankarada yaradılan Hüquq məktəbinin təsisçilərindən biri olan və burada müəllim kimi fəaliyyət göstərən Əhməd bəy Ağaoğlu Türkiyədə hüquq təhsilinin inkişafına mühüm töhfələr verib.

Tədbir çərçivəsində Əhməd Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi əsasında azərbaycanlı heykəltəraş Əlisəfa Əsgərov tərəfindən hazırlanıb.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenilənən Əhməd bəy Ağaoğlu auditoriyası təqdim olunub. Auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyədəki həyatı, fəaliyyəti, elmi, hüquqi, ədəbi və publisistik irsi ilə bağlı xüsusi bölmələr yaradılıb.

Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO
Ankara Universitetində Əhməd bəy  Ağaoğlunun barelyefi və adına auditoriya açılıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti