Bazar, 20 Sentyabr, 2026
Tarix: 19 Sep 2026 22:47
ABŞ Prezidenti Donald Tramp “Süni İntellekt Qüvvələri”nin yaradıldığını açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Mən ilk prezidentlik müddətimdə yaratdığım və böyük uğur qazanan Kosmik Qüvvələr kimi Süni İntellekt Qüvvələri yaradıram. Bununla əlaqədar yaxın gələcəkdə Süni İntellekt Qüvvələrinin rəhbərinin təyin olunduğunu açıqlayacağam”, – ABŞ Prezidenti bildirib.
Tramp süni intellekti yeni sənaye inqilabı və ya internetlə müqayisə edərək onun daha böyük miqyas və effektivliyə malik olacağını bildirib. Onun fikrincə, süni intellekt gələcəkdə ABŞ ÜDM-nin 25 faizini əhatə edə bilər.
“Biz Çin və dünyanın qalan hissəsini qabaqlayırıq və mən bu üstünlüyü qorumaq niyyətindəyəm”, – Tramp qeyd edib.
ABŞ Prezidenti açıqlamasında söhbətin ABŞ Silahlı Qüvvələrinin yeni qoşun növünün yaradılmasından gedib-getmədiyini dəqiqləşdirməyib.
Donald Tramp süni intellekt ABŞ AI
Mənbə: apa.az