Hakan Fidan: Türkiyə Məkkə Alyansı ölkələrinin yarana biləcək hərbi ehtiyaclarını qarşılaya bilər

Hakan Fidan: Türkiyə Məkkə Alyansı ölkələrinin yarana biləcək hərbi ehtiyaclarını qarşılaya bilər

Tarix: 20 Sep 2026 01:18

Türkiyə Səudiyyə Ərəbistanına husilərin hücumları fonunda Məkkə sazişinə daxil olan ölkələrin yarana biləcək hərbi ehtiyaclarını qarşılamağa hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib.

“Hazırda Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə və suverenliyinə qarşı çox ciddi hücumların baş verdiyini görürük. Bizim müttəfiqlik sazişimiz var və verdiyimiz sözə sadiqik. Xarici İşlər Nazirliyi olaraq neft infrastrukturuna hücumları, xüsusilə Məkkəyə qarşı hərəkətləri pisləyirik”, – Fidan deyib.

Onun sözlərinə görə, Türkiyə Məkkə Alyansı çərçivəsində baş verən prosesləri diqqətlə izləyir.

“Müəyyən hərbi ehtiyaclar, xüsusilə bəzi texniki məsələlərlə bağlı tələbat yarana bilər. Bunların qarşılanmasında heç bir çətinliyimiz olmayacaq”, – Türkiyə XİN rəhbəri bildirib.

Türkiyə Hakan Fidan Səudiyyə Ərəbistanı Məkkə Alyansı

Mənbə: apa.az

Xəbər Lenti