"Təzəpir" məscidinin imamı: “Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil”

Tarix: 16.06.2024 09:44

"Bəzi hallarda mağazalarda qurban əti adı altında heyvan kəsilib satılır. Bu qətiyyən şəriətə uyğun deyil".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Təzəpir" məscidinin imamı Şamil Rəsulov deyib.

"Qurban kəsilərkən diri çəki ilə qoyun seçilərək, çəkilib pulu verilməlidir. Bəzi hallarda mağazalarda qəssablar qurban əti adı altında heyvan kəsib satırlar ki, bu da şəriətimizə ziddir. Qurban kəsmək imkanı olanlar üçün vacibdir ki, onu kəsib ehtiyacı olanlara paylayırlar. İmkanı olmayanlar isə şərik olub bu əməli yerinə yetirə bilərlər".

Xəbər Lenti