Macarıstan Ukrayna üçün neft məhsulları anbarının tikintisinə icazə verməyəcək

Macarıstan Ukrayna üçün neft məhsulları anbarının tikintisinə icazə verməyəcək

Tarix: 21 Sep 2026 20:59

Macarıstan hökuməti ölkə ərazisində Ukraynanın ehtiyacları üçün neft məhsullarının saxlanılması üçün anbarın tikintisinə imkan verməyəcək.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar parlamentdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, söhbət Macarıstanın MOL şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan layihədən gedir. Memorandum Macarıstanda Ukrayna sərhədinə yaxın ərazidə neft məhsullarının saxlanılması obyektlərinin yaradılması imkanını nəzərdə tutur.

“MOL-un anlaşma memorandumu imzaladığı anbar nə Macarıstan-Ukrayna sərhədində, nə də başqa yerdə tikiləcək. Bu, hazırda yalnız nəzəri imkandır. Hətta layihənin icrasına başlanılsa belə, bunun üçün illər lazım olardı. Ancaq burada və indi demək istəyirəm: “Tisa” hökuməti hakimiyyətdə olduğu müddətdə bu baş verməyəcək”, – Magyar bildirib.

“Naftoqaz”ın məlumatına görə, layihə Ukrayna bazarının ehtiyaclarına xidmət etməli və yanacaq tədarükünün etibarlılığını artırmalı idi.

Macarıstan Ukrayna MOL Naftoqaz

Mənbə: apa.az

Xəbər Lenti