Cəlilabadda açıq ərazi yanır - FOTO - YENİLƏNİB - VİDEO

Cəlilabadda açıq ərazi yanır - FOTO - YENİLƏNİB - VİDEO

Tarix: 21 Sep 2026 18:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17.22

Cəlilabadda quru otluq ərazidə yanğın başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin Rzayev Cəlilabad yanğın
Cəlilabadda açıq ərazi yanır - FOTO - YENİLƏNİB - VİDEO
Cəlilabadda açıq ərazi yanır - FOTO - YENİLƏNİB - VİDEO
Cəlilabadda açıq ərazi yanır - FOTO - YENİLƏNİB - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti