Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 01:47
ABŞ və Ukrayna nümayəndələri Cenevrədə təhlükəsizlik zəmanətlərini və iqtisadi aspektləri müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib.
"Növbəti raund hazırlanır. Təhlükəsizlik parametrlərinin, iqtisadi qərarların və razılaşdırılmış mövqelərin yekunlaşdırılması üzərində işləyirik ki, bunlar da gələcək razılaşmalar üçün əsas təşkil etməlidir. Məqsəd ABŞ və Rusiya ilə növbəti üçtərəfli görüşü mümkün qədər məzmunlu etməkdir. Xüsusi diqqət iqtisadi bloka və Ukraynanı dəstəkləmək üçün uzunmüddətli mexanizmlərə yönəldildi. Ukraynanın bərpası ilə bağlı sənədi hərtərəfli hazırladıq", - o “Telegram” kanalında yazıb.