ABŞ Çindən nadir torpaq metallarının tədarükünü artırmağı istəyir

ABŞ Çindən nadir torpaq metallarının tədarükünü artırmağı istəyir

Tarix: 21 Sep 2026 22:35

ABŞ Çindən nadir torpaq metallarının daha böyük həcmdə və daha stabil şəkildə tədarük edilməsinə nail olmaq istəyir.

APA xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.

“Nadir torpaq elementləri ilə bağlı məsələlərimiz var. Bu, daim gündəmdə olan məsələdir. Onlar tədarük edirlər, lakin biz bunun daha müntəzəm, daha rəvan həyata keçirilməsini və tədarük həcminin daha böyük olmasını istəyirik”, – Qrir deyib.

ABŞ rəsmisi Çindən əldə olunmuş razılaşmalara daha ciddi əməl edilməsini gözlədiklərini bildirib. Çin gömrük məlumatlarına görə, avqustda ABŞ-yə nadir torpaq maqnitlərinin tədarükü əvvəlki ayla müqayisədə 20%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13% azalaraq 512 tona düşüb.

Qrir eyni zamanda Çinin ABŞ-dən “Boeing” təyyarələri və kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı prosesdən Vaşinqtonun ümumilikdə razı olduğunu deyib. Onun sözlərinə görə, Çin soya paxlasının alınması üzrə öhdəliklərinin təxminən yarısını, əlavə kənd təsərrüfatı məhsullarının alınması üzrə isə təxminən 4 milyard dollarlıq hissəni yerinə yetirib.

ABŞ Çin nadir torpaq metalları ticarət

Mənbə: apa.az

Xəbər Lenti