"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır

"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır

Tarix: 22 Sep 2026 14:44

ABŞ hərbi təzyiqi azaltsa və blokadanı ləğv etsə, İran Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır.

Bu barədə anonim İran rəsmisi “Reuters”ə danışıb.

“ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirilməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli ilə bağlı razılığa gəlməlidir”,- mənbə bildirib.

O əlavə edib ki, İranı BMT Baş Assambleyasında təmsil edən nümayəndə heyəti ABŞ-la diplomatiyanı dirçəltmək üçün tam səlahiyyətlidir.

Toğrul Quluzadə ABŞ İran blokada diplomatiya Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti