Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Tarix: 22 Sep 2026 14:32

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

“Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

Mənbə: apa.az

Xəbər Lenti