Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 22:03
22 sentyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Çexiya nümayəndə heyətinə isə Çex Respublikasının nazir müavini Mariya Çatardova rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan–Çexiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar nəzərdən keçirilib. Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı, eləcə də namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yetiriblər.
Tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə də fikir mübadiləsi aparıblar. Bu çərçivədə, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüş çərçivəsində Azərbaycan–Çexiya münasibətlərinin qarşılıqlı maraq və etimad əsasında daha da inkişaf etdirilməsinin, siyasi dialoqun və müntəzəm təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
XİN Çex
Mənbə: apa.az