Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 23:04
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbinin ləğvi haqqında saziş” imzalayıblar.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, bu sənəd rəsmi təmasların genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından mühüm töhfə verəcək.
İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan-Banqladeş münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Müzakirələrdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.

Mənbə: apa.az