Oftalmoloq Nərminə Hacıyeva Azərbaycanda ilkə imza atdı - Fotolar

Tarix: 08.12.2023 17:22

Tanınmış oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Nərminə Hacıyeva Azərbaycanda ilkə imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, Nərminə Hacıyeva toyuq korluğundan əziyyət çəkən pasiyentin gözündə uğurlu kök hüceyrə əməliyyatı icra edib. 

Nərminə Hacıyevanın sözlərinə görə, ümumi narkoz altında 30 dəqiqə ərzində aparılan əməliyyat tam təhlükəsizdir: “Pasiyentin gözündə heç bir iz qalmadan icra olunur. Bu əməliyyatla geridönməz korluğun qarşısını alırıq. Geridönməz korluq yaranarsa, görməni heç bir müalicə və əməliyyatla qaytarmaq olmur”.

Nərminə Hacıyeva bildirib ki, toyuq korluğu daha çox qohum nikahlarından doğulan uşaqlarda rast gəlinən genetik xəstəlikdir: “Xəstəliyin elmi adı - piqmentli retinit və torlu qişanın tapetoretinal abiotrofiyasıdır. Göz xəstəlikləri arasında ən təhlükəli və geridönməz korluqla nəticələnən bir xəstəlikdir. Yeganə müalicəsi - kök hüceyrələrin göz daxilinə cərrahi implantasiyasıdır”.

Qeyd edək ki, hər həftə Nərminə Hacıyevaya göz xəstəliklərinin müayinəsi və əməliyyatları üçün xaricdən çox sayda pasiyent müraciət edir.

Əlaqə nömrəsi: +994 51 552 52 34

İnstaqram: https://www.instagram.com/gozhekimi__narminahaciyeva/

Xəbər Lenti