Şənbə, 26 Sentyabr, 2026
Tarix: 24 Sep 2026 10:22
Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub.
APA xəbər verir ki, qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
Artıq bununla bağlı qurultay iştirakçıları bu gün məlumatlandırılıb.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.
Firuzə Vahid YAP QurultayMənbə: apa.az