Cümə, 25 Sentyabr, 2026
Tarix: 24 Sep 2026 19:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 məsələsini NATO çərçivəsində müzakirə etdiklərini bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı artıq konkret addımlar atılmalıdır.
“Özü Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı müsbət iradə ortaya qoydu. Biz də bu iradənin artıq konkret addımlara çevrilməsini gözləyirik. Bu istiqamətdə təmaslarımızı davam etdiririk. Nəticə əldə edəcəyimizə inanıram”, - deyə Ərdoğan qeyd edib.
Dəryanur Cəfərova Türkiyə Rəcəb Tayyib Ərdoğan NATO
Mənbə: apa.az