İranda İraqa aviabiletlərin satışı dayandırılıb

İranda İraqa aviabiletlərin satışı dayandırılıb

Tarix: 25 Sep 2026 19:50

İranda İraqa aviabiletlərin satışı dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Mülki Aviasiya Təşkilatı aviaşirkətlərə İraqa, xüsusən Nəcəf şəhərinə uçuşlar üçün bilet satışının növbəti açıqlamaya qədər dayandırılması barədə göstəriş verib.

Aviaşirkətlər dayandırılan reyslər üzrə biletlərin ödənişini sərnişinlərə mümkün qədər tez və tam həcmdə, heç bir cərimə tutulmadan geri qaytarmalıdırlar.

İran Mülki Aviasiya Təşkilatı sərnişinlərin İraqa səfərinin asanlaşdırılması məqsədilə sərhəd hava limanlarına daxili reyslərin təşkili üçün lazımi koordinasiyanın həyata keçiriləcəyini bildirib.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti