Cümə, 25 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 19:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər ikitərəfli təmaslar və o cümlədən çoxtərəfli formatlarda aparılan mühüm dialoq ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı ŞKTR-in Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, həmçinin Türk dünyası daxilində çoxtərəfli əlaqələndirmənin və birgə təşəbbüslərin, o cümlədən qarşıdan gələn TDT Zirvə görüşünə hazırlıq işlərinin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə də toxunublar.

Mənbə: apa.az