Cümə, 27 Mart, 2026
Tarix: 08 Dec 2023 16:18
MSK növbədənkənar prezident seçkilərinə dair Təqvim planını təsdiqləyib
Növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
APA-nın xəbərinə görə, məsələ barədə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.