Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub

Tarix: 26 Sep 2026 08:15

Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Vaşinqton Sülh Sammitindən sonra sülh gündəliyi artıq konkret iqtisadi nəticələr verməyə başlayıb. O, bu xüsusda tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılmasını və müəyyən sahələrdə Azərbaycanla Ermənistan arasında ikitərəfli ticarətin başlanmasını qeyd edib.

Diplomat, eyni zamanda, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması üçün qalan maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Mənbə: apa.az

Xəbər Lenti