Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Tarix: 26 Sep 2026 16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

APA xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

İlham Əliyev
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Mənbə: apa.az

Xəbər Lenti