Şənbə, 26 Sentyabr, 2026
Tarix: 26 Sep 2026 19:15
Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə, bəlkə də sərt qış başlamazdan əvvəl onlar razılaşma əldə edəcəklər.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində jurnalistlərə deyib.
Tramp Ukrayna məsələsində Ukrayna Prezidenti Voldomir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etməsinin vacibliyini vurğulayıb.
“Bilirsiniz, mən Zelenskinin nə etməsini istəyirəm? Razılaşma əldə etsin. Mən istəyirəm ki, o, Putinlə razılaşsın, Putin də Zelenski ilə razılaşsın”, – Tramp bildirib.
İlqar Xudiyev Tramp Zelenski Putin Ukrayna RusiyaMənbə: apa.az