Tramp Venesuela lideri ilə seçkiləri müzakirə edib

Tramp Venesuela lideri ilə seçkiləri müzakirə edib

Tarix: 26 Sep 2026 19:14

ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsi məsələsini ölkənin prezident səlahiyyətini icra edən Delsi Rodriqeslə müzakirə etdiyini bildirib.

APA xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib.

“Bəli, seçkilər barədə danışdım. O, çox mehriban, həqiqətən də möhtəşəm idi. Venesuela indi öz xalqı üçün çoxlu pul qazanır”, – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Delsi Rodriqes BMT Baş Assambleyasının tribunasından çıxış edərkən Venesuelada prezident seçkilərinin xalqın doğru hesab etdiyi vaxtda keçiriləcəyini bildirib.

“Seçkilər xalqımızın düzgün vaxt hesab etdiyi zaman keçiriləcək, kənardan bizə göstəriş verilən vaxtda deyil”, – Rodriqes deyib.

İlqar Xudiyev Tramp Venesuela prezident seçkiləri

Mənbə: apa.az

Xəbər Lenti