Bazar, 27 Sentyabr, 2026
Tarix: 27 Sep 2026 11:08
27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik.
APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.
“Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik. Şəhidlərimizin ruhu şad olsun, Azərbaycan xalqının başı sağ olsun”, - deyə paylaşımda bildirilib.
Firuzə Vahid Türkiyə səfirliyi Anım Günü
Mənbə: apa.az