Bazar, 27 Sentyabr, 2026
Tarix: 27 Sep 2026 11:53
Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.
O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərdə heç bir gərginliyinin olmadığını bildirib.
“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, - deyə İrakli Kobaxidze əlavə edib.
Cəmilə Babayeva İrakli Kobaxidze Gürcüstan-Azərbaycan münasibətləri Kürmük məbədiMənbə: apa.az