Tokayev: Xəzərdə təlimlər zamanı hərbçilər xilasedici jiletlərlə təmin edilməmişdi

Tokayev: Xəzərdə təlimlər zamanı hərbçilər xilasedici jiletlərlə təmin edilməmişdi

Tarix: 28 Sep 2026 00:22

Qazaxıstan Silahlı Qüvvələrinin Xəzər dənizində keçirilən təlimlərdə iştirak edən hərbçiləri zəruri avadanlıqlarla, o cümlədən xilasedici jiletlərlə təmin edilməmişdi.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

Tokayev təlimlər zamanı hərbçilərin lazımi avadanlıqlarla təmin edilmədiyini vurğulayıb.

“O cümlədən dənizdə istifadə üçün nəzərdə tutulan xilasedici jiletlərlə”, – Tokayev qeyd edib. Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı 14 hərbçi həlak olub.

Kasım-Jomart Tokayev Qazaxıstan Xəzər dənizi hərbi təlimlər

Mənbə: apa.az

Xəbər Lenti