Bill Qeyts: Süni intellektin beynəlxalq səviyyədə tənzimlənməsi nüvə silahlarından daha çətin olacaq

Bill Qeyts: Süni intellektin beynəlxalq səviyyədə tənzimlənməsi nüvə silahlarından daha çətin olacaq

Tarix: 28 Sep 2026 08:47

Ölkələrin süni intellektin tənzimlənməsi ilə bağlı razılığa gəlməsi Soyuq müharibə dövründə nüvə silahlarına məhdudiyyətlərin tətbiqi üzrə razılaşmaların əldə edilməsindən daha çətin olacaq.

Bunu “Microsoft”un qurucusu Bill Qeyts “NBC News” telekanalına müsahibəsində bildirib.

ABŞ və Çinin Vaşinqtonla Moskva arasında nüvə silahları ilə bağlı əldə edilmiş razılaşmalara bənzər şəkildə süni intellekt sahəsində ortaq normalar hazırlamasının zəruriliyi barədə suala cavab verən Qeyts belə yanaşmanı dəstəkləyib. Bununla yanaşı, o, bu sahədə razılaşmanın əldə edilməsinin daha çətin olacağını qeyd edib.

Qeytsin fikrincə, ölkələr süni intellektdən istifadə edilməklə törədilə biləcək cinayətlərin qarşısının alınması üçün tədbirlər müəyyənləşdirməlidirlər.

O, potensial təhlükələr sırasında enerji şəbəkələri və bank sektoruna qarşı riskləri də qeyd edib.

Bill Qeyts süni intellekt ABŞ texnologiya

Mənbə: apa.az

Xəbər Lenti