Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 16:41
Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının binasına dron zərbəsi nəticəsində iki akademik ölüb.
Bu barədə “UNIAN” Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodnıya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, daha bir neçə akademiklə əlaqə saxlamaq mümkün deyil.
Bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
***
15:12
Kiyevin mərkəzində Rusiya PUA-sı Ukrayna Milli Elmlər Akademiyasının binasına düşüb, yanğın baş verib.
"Antikor"-un xəbərinə görə, hadisə zamanı binanın daxilində insanlar olub və onlar pəncərələrdən çıxmağa çalışıblar.
Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
https://t.me/apa_az/127197Kiyev meri Vitali Kliçko əvvəlcə Şevçenkiv rayonunda PUA-nın qeyri-yaşayış binasına düşdüyünü və yanğın baş verdiyini açıqlayıb.
Qeyd edək ki, Ukrayna mediası daha sonra söhbətin Milli Elmlər Akademiyasının binasından getdiyini bildirib.
İlqar Xudiyev Rusiya Ukrayna Kiyev Milli Elmlər Akademiyasının binasıMənbə: apa.az