Kiyevdə Rusiya PUA-sı Elmlər Akademiyasının binasına düşüb, yanğın başlayıb - VİDEO

Kiyevdə Rusiya PUA-sı Elmlər Akademiyasının binasına düşüb, yanğın başlayıb - VİDEO

Tarix: 28 Sep 2026 15:12

Kiyevin mərkəzində Rusiya PUA-sı Ukrayna Milli Elmlər Akademiyasının binasına düşüb, yanğın baş verib.

"Antikor"-un xəbərinə görə, hadisə zamanı binanın daxilində insanlar olub və onlar pəncərələrdən çıxmağa çalışıblar.

Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

https://t.me/apa_az/127197

Kiyev meri Vitali Kliçko əvvəlcə Şevçenkiv rayonunda PUA-nın qeyri-yaşayış binasına düşdüyünü və yanğın baş verdiyini açıqlayıb.

Qeyd edək ki, Ukrayna mediası daha sonra söhbətin Milli Elmlər Akademiyasının binasından getdiyini bildirib.

İlqar Xudiyev Rusiya Ukrayna Kiyev Milli Elmlər Akademiyasının binası

Mənbə: apa.az

Xəbər Lenti